Bazar ertəsi, 20 May 2024

Samsung ən sürətli NVMe SSD-sini təqdim etdi: 980 Pro

Samsung şirkəti istehsal etdiyi çiplər və SSD-lər ilə ekosistemdə öz fərqini ortaya qoyur. Keçən il təqdim etdiyi həm performansı, həm uzun ömrü ilə bilinən 970 Pro SSD-sinin yeni versiyası olan 980 Pro təqdim edildi. Yeni SSD-nin 3 fərqli yaddaşa malik versiyası olacaq: 250 GB, 500 GB və 1 TB. Qeyd edək ki, bu SSD PCİe 4.0 interfeysini dəstəkləyir. Bu o deməkdir ki, bu cihaz ekosistemdəki ən yenə və ən sürətli ötürmə protokoluna malikdir.Samsung-un yeni 980 Pro SSD-si saniyədə 7 GB fayl oxuya bilir.

 

 Yeni SSD-lər hal-hazırda SSD ekosistemindəki ən sürətli fayl ötürmə protokolu olan PCİe 4.0-ı dəstəkləyir. Hər biri üçün model NVMe tipli SSD olub, 2280 form faktoruna malikdir. Həmçinin SSD-nın qızmaması üçün üzərində nikel təbəqə istifadə edilib. Həm ön, həm arxa tərəfində incə mis təbəqələrdən ibarət qoruyucular mövcuddur. Samsung şirkəti optimal temperatur dərəcəsini qorumaq üçün Dynamic Thermal Guard adlı texnologiyadan istifadə edib. 1 TB-lik versiyası saniyədə 7 GB fayl oxuya bilir, saniyədə 5 GB isə fayl yaza bilir. Bu o deməkdir ki, bu SSD ilə saniyədə 5 -7 GB arasında fayl transferi etmək mümkündür. Bu SSD-nin satış qiyməti isə hələki bəlli deyil, lakin onu deyə bilərik ki, Pro markalı Samsung SSD-lərin qiyməti bir az "baha" olur.

                                                              

    samsung                  samsung ssd            samsung 980 ssd           samsung 980 pro ssd        samsung nvme ssd

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086678
Bu gün
Bu həftə
Bu ay
Ümumi
627
1097
16547
1086678
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi