Bazar ertəsi, 20 May 2024

Ən sürətli oyun monitoru təqdim edilib

“ASUS” şirkəti “ROG Swift PG259QN” oyun monitorunu təqdim edib. Onun yeniləmə tezliyi 360 QHs təşkil edir və dünyada kiberidman üçün ən sürətli panel hesab olunur.

 “Fast IPS” matrisası ilə təchiz edilən yeni qurğunun reaksiya vaxtı 1 millisaniyə, təsvir ölçüsü 1920×1080 piksel (Full HD formatı), parlaqlığı 400 kandel/kvadratmetr, kontrastlığı 1000:1, horizontal və vertikal baxış bucaqları 178 dərəcə təşkil edir. Həmçinin “HDR10” texnologiyası dəstəklənir.

 

 “NVIDIA G-Sync” texnologiyası oyun prosesinin rəvanlığının yaxşılaşdırılmasına cavabdehlik daşıyır, “ULMB” (Ultra-Low Motion Blur) sistemi isə görüntünün hərəkətdə bulanıqlığının azaldılmasına xidmət edir.

 “ASUS GamePlus” kompleksinə kiberidmançılar üçün beş rahat alət daxildir: saniyəölçən, nişangah, taymer, kadr sayğacı və görüntünün çoxekranlı konfiqurasiyalarda bərabərləşdirmə vasitələri.

 Arxa tərəfdə “ASUS Aura Sync” sinxronlaşdırılan çoxrəngli işıqlanması nəzərdə tutulub.

 Altlıq tam tənzimləmə imkanları təqdim edir: ekranın əyilmə və dönmə bucaqlarını dəyişmək, hündürlüyü tənzimləmək, eləcə də paneli albom istiqamətindən portret rejiminə keçirmək mümkündür.

Bundan başqa, “HDMI 2.0” və “DisplayPort 1.4” interfeysləri, 3,5 millimetrlik audioçıxış, iki “USB 3.0” portu mövcuddur. “Flicker-free” və “Low Blue Light” sistemləri gözün yükünü və ümumi yorğunluğu azaltmağa kömək edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086705
Bu gün
Bu həftə
Bu ay
Ümumi
654
1124
16574
1086705
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi