Dünyada ən sürətli SSD daşıyıcı təqdim edilib
“Adata” şirkəti “PCI Express 4.0 x4” interfeysini dəstəkləyən “M.2” formatlı yeni SSD daşıyıcısını təqdim edib. Şirkətin rəsmisi əmin edir ki, “XPG Gammix S70” məlumatları rekord sürətdə ötürmək qabiliyyətinə malik olan ən sürətli daşıyıcıdır.
İstehsalçının məlumatına görə, “XPG Gammix S70” daşıyıcısı məlumatları saniyədə 7400 MB-dək sürətlə oxuyur, saniyədə 6400 MB-dək sürətlə isə yazır.
Ardını oxu...

Nvidia şirkəti bir müddət əvvəl mövcud ekosistemin ən güclü videokartlarını təqdim etmişdi. RTX 3000 seriyasına daxil olan RTX 3070, RTX 3080 və RTX 3090 videokartları həm performansları ilə, həm də satış qiymətləri ilə böyük rəğbət qazana bilmişdilər. Nvidia-ın iddialarına görə 8K monitorlarda axıcı oyun performansı vəd edə bilən RTX 3090 videokartının performans test nəticələri artıq yayımlanıb. 
