Çərşənbə axşamı, 15 İyul 2025

4K keyfiyyətində 5000 ədəd filmi saniyə ərzində göndərmək mümkün olub

5000 ədəd 4K keyfiyyətində filmi cəmi bir saniyəyə yükləmək - bu, fantastika kimi səslənsə də, yapon alimlər qrupu təxminən bu nəticəyə nail olmağı bacarıb. Bunun üçün onlar bu gün geniş istifadə olunan optik kabellərlə eyni qalınlıqda olan xüsusi hazırlanmış optik lifdən istifadə ediblər. Yapon alimləri dünya rekordu qırıblar. Onlar xüsusi hazırlanmış 19 nüvəli optik lif vasitəsilə 1.02 petabit (1.02 x 10⁶ Gbit və ya 127.5 TB) məlumatı saniyədə 1808 km məsafəyə ötürə biliblər.

Ardını oxu...

Süni zəka ilkin səviyyəli vəzifələrin yarısını aradan qaldıracaq

Süni zəka yaxın 5 ildə ilkin ofis vakansiyalarının 50%-ə qədərinin yox olmasına səbəb ola bilər. Bu barədə Anthropic şirkətinin rəhbəri Dario Amodei xəbərdarlıq edib. O, Axios-a verdiyi müsahibədə bildirib ki, işsizlik səviyyəsi 10-20%-ə qədər arta bilər, lakin həm şirkətlər, həm də hökumətlər qarşıdakı dəyişikliklərin miqyasını hələ də yetərincə dəyərləndirmirlər. Onun sözlərini aparılan araşdırmaların nəticələri də təsdiqləyir. Süni zəka artıq əvvəllər universitet məzunları, təcrübəçilər və aşağı vəzifəli mütəxəssislər tərəfindən yerinə yetirilən vəzifələrin öhdəsindən gəlir.

Ardını oxu...

Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir

İsrailin D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb. Bu sistem düşmən dronlarının heç bir maneə və dağıntı yaratmadan idarəsini ələ keçirə və onları təhlükəsiz şəkildə yerə endirə bilir. Ənənəvi dron əleyhinə üsullardan - məsələn, siqnalın sıxışdırılması və ya dronun fiziki məhv edilməsi - fərqli olaraq, bu yeni texnologiya xüsusilə sıx məskunlaşmış ərazilərdə daha dəqiq və təhlükəsiz zərərsizləşdirmə üsulu təklif edir. Lakin qeyd olunur ki, güclü kibermüdafiəyə malik hərbi dronlara qarşı bu sistemin təsiri məhdud ola bilər. Dronu zərərsizləşdirməyin bir neçə üsulu mövcuddur və onların hər birinin çatışmazlıqları var.Siqnalın sıxışdırılması texniki baxımdan effektiv və nisbətən sadə üsul hesab olunur.

Ardını oxu...

Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"

Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib. Onun fikrincə, bu cür robotlar hələlik zavodlarda rutin tapşırıqları səmərəli şəkildə yerinə yetirə bilmir. Elon Musk isə Optimus robotlarını Tesla-nın əsas aktivlərindən biri hesab edir və onların şirkətin dəyərini trilyonlarla dollara yüksəldəcəyinə inanır. O bu il artıq minlərlə belə robotun Tesla zavodlarında istifadə olunacağını, 2030-cu ilə qədər isə milyonlarla sayda istehsal ediləcəyini gözləyir.

Ardını oxu...

OLED ekran piksellərinə səsgücləndiricilər inteqrasiya edilib

Cənubi Koreyanın POSTECH (Pohanq Elm və Texnologiya Universiteti) alimləri piksellərə əsaslanan lokal səs texnologiyasına malik OLED panel nümayiş etdiriblər - səs birbaşa ekran səthindən yayımlanır. Prototipin ölçüsü 13 düym təşkil edir ki, bu da planşet və noutbuk ekranları ilə müqayisə oluna bilər. Bu tip ekranın hər bir pikseli ayrıca bir səsgücləndirici kimi işləyə bilir və bu sayədə xarici səsgücləndiricilər olmadan çoxkanallı səs sistemi yaradılır. Professor Su Seok Choi və aspirant Inpyo Hong-un rəhbərlik etdiyi tədqiqat qrupu orqanik işıq saçan diod (OLED) təbəqələrininaltına ultra nazik piezoelektrik elementlər yerləşdirib. Onlar elektrik siqnallarını lokal vibrasiyalara çevirirlər.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1692915
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1651
4302
25770
1692915
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.