YouTube Trending bölməsini bağladığını elan edib
YouTube Trending səhifəsini və Trending now siyahısını bağladığını elan edib. Bu bölmələr təxminən on ildir ki, istifadəçilərə platformada ən məşhur videoları tapmağa kömək edirdi. Artıq ümumi trend siyahısı əvəzinə tematik çartlar olacaq və burada kontent musiqi klipləri, podkastlar və kino treylerləri kimi kateqoriyalar üzrə sıralanacaq. Şirkət izah edib ki, bu dəyişiklik Trending bölməsi ilk dəfə 2015-ci ildə təqdim olunduqdan bəri məşhur kontenti axtarma üsullarının əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlıdır.

Kibertəhlükəsizlik sahəsində çalışan tədqiqatçılar, Microsoft Defender antivirus müdafiəsini təxminən 8% hallarda keçə bilən süni zəka modelini nümayiş etdirmək niyyətində olduqlarını bildiriblər. Bu nümayiş 2 avqustda başlayacaq Black Hat USA 2025 konfransında keçiriləcək. Güclü generativ süni zəkanın meydana çıxması ilə ekspertlər getdikcə daha çox xəbərdarlıq edirlər ki, bu texnologiya kibertəhlükəsizlik sahəsinin əsaslarını sarsıda bilər, baxmayaraq ki, hələlik bu sahədə tam bir inqilab baş verməyib.
Twitter-in yaradıcısı və hazırda Block şirkətinin rəhbəri olan Jack Dorsey internet bağlantısı olmadan mesaj göndərməyə imkan verən qeyri-adi ünsiyyət tətbiqi - Bitchat adlı mesenceri təqdim edib. Bu messencer Bluetooth üzərindən işləyir və cihazların birbaşa bir-birinə mesaj ötürdüyü, “mesh” adlanan şəbəkə yaradır. WhatsApp və ya Telegram kimi adi mesencerlərdən fərqli olaraq, Bitchat nə telefon nömrəsi, nə də qeydiyyat tələb etmir. Hətta yazışmaların saxlandığı serverlər də yoxdur. Bütün məlumatlar cihazdan cihazadək birbaşa ötürülür və çatdırıldıqdan sonra silinir.
Artıq süni zəka sosial şəbəkə X-də paylaşımların etibarlılığı ilə bağlı “İcma qeydləri” (Community Notes) yazmaqla məşğul ola biləcək. Hazırda bu funksiya ilkin rejimdə işləyir və bütün qeydlər yoxlamadan keçir. X sosial şəbəkəsinin administrasiyası süni zəka əsaslı çat-botların “İcma qeydləri” yazmasına imkan verən alətlər toplusunu (API) təqdim edib. Şərhlər test rejimində əlavə olunur və ümumi istifadəyə verilməzdən əvvəl yoxlanılır.