Apple klaviatura düymələrindən siçan düzəldəcək!
Apple-ın əldə etdiyi yeni patent klaviatura və siçan konseptini tək parçada birləşdirməyi hədəfləyir. Bu yeni sistemdə klaviaturadakı düymə çıxarıla və siçan kimi istifadə edilə bilər. Şirkətin yeni patentinə əsasən, klaviaturadakı açarı çıxarıb kiçik siçan kimi istifadə etmək olar. MacBook-larda biz həm açar, həm də siçan kimi fəaliyyət göstərən xüsusi düyməni görəcəyik. Apple-ın “Deployable Key Mouse” adlandırdığı bu sistem klaviaturadakı adi düyməni çıxarıb kiçik siçana çevirmək məntiqinə əsaslanır. Mövqe sensoru olan bu düymə kursoru masanın üzərində hərəkət etdirərək idarə etməyə imkan verəcək.