Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub
Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiyasının testinə başlayıb. Sözügedən funksiya Microsoft-un insayder proqramının iştirakçıları üçün artıq aktivdir və heç bir əlavə əməliyyat reallaşdırmadan Linux istifadəçilərinə Windows-da ənənəvi proqram təminatlarından istifadə imkanını verir. WSL alt sisteminin yenilənməsi Linux üçün hazırlanmış istənilən qrafik redaktorları və alətləri işə salmağa şərait yaradır. Bundan əlavə olaraq Microsoft tərtibatçıları GPU-da hardware sürətlənməsi funksiyası ilə mikrofon dəstəyini reallaşdırıblar.