İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək
24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək. Bir çox məlumatlara əsasən həmin təqdimat tədbiri çərçivəsində şirkət Windows 11 əməliyyat sistemini təqdim edəcək. İndi isə insayderlər yeni əməliyyat sisteminin genişləndiriləcək imkanlarından xəbər veriblər. Verilmiş yeni məlumatda qeyd edilib ki, Windows 11-in daxilində fərdi Android emulyatoru olacaq. Məlumatı vermiş şəxslər bildiriblər ki, Microsoft özü buna işarə edib. Sözügedən yeni funksiya barəsində məlumat Windows-un Linux tətbiqlərini işə salmaq üçün nəzərdə tutulmuş alt sisteminin son versiyasında aşkar edilib.