Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq
Microsoft şirkəti istifadəçilərin narazılıqlarını nəzərə alaraq elan edib ki, Windows 11 əməliyyat sistemini köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq. Lakin bu halda istifadəçilər bəzi çətinliklərlə qarşılaşacaqlar. Qeyd etmək lazımdır ki, Windows 11-in təqdimatı zamanı Microsoft-un bu əməliyyat sistemi üçün səsləndirmiş olduğu sistem tələbləri istifadəçilər arasında narazılıqlarla qarşılanmışdı. Belə ki, hətta bir qədər güclü kompüterlərin istifadəçiləri də yeni əməliyyat sisteminin quraşdırılması şansından məhrum olmuşdular. Şirkət bunu təhlükəsizliyi yüksək səviyyədə düşünməsi ilə əlaqələndirmişdi və bildirmişdi ki, o, köhnə kompüterlərə yeni əməliyyat sisteminin quraşdırılması üzrə mövcud olacaq bütün üsullarla mübarizə aparacaq.

Apple şirkətinin ənənəvi sentyabr təqdimatına bir neçə həftə qalmış insayderlər təqdimat tədbirinin keçirilmə tarixi barəsində məlumat veriblər. Bununla yanaşı insayderlər həmçinin bütün iPhone 13 modellərinin satış qiymətlərini də açıqlayıblar. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumata əsasən Apple şirkətinin təqdimat tədbiri 17 sentyabr tarixində baş tutacaq. Bununla belə Wedbush adlı investisiya şirkətinin analitiki konkret tarix söyləməyərək qeyd edib ki, Apple şirkətinin növbəti təqdimat tarixi 13-17 sentyabr aralığında baş tutacaq. Artıq məlumdur ki, Apple 4 iPhone 13 modelini təqdim edəcək: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Bütün iPhone 13 modelləri A15 Bionic prosessoruna sahib olacaqlar.
iPhone SE modelini saymasaq digər iPhone-lar son illərdə ənənəvi Touch ID texnologiyasını əldə etməyiblər. Lakin məlumata əsasən yaxın gələcəkdə bu texnologiya iPhone modellərinə geri qayıda bilər. Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti yaxın gələcəkdə təqdim olunacaq iPhone modellərində həqiqətən də Touch ID texnologiyasının reallaşdırılmasını nəzərdən keçirdir. Lakin məlumatda qeyd edilib ki, şirkət bunu bir qədər fərqli tərzdə reallaşdırmağı planlaşdırır.
Xiaomi şirkəti Redmi 10 smartfon modelini təqdim edib. Orta satış qiymətinə baxmayaraq sözügedən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib böyük ölçülü ekran, 50 MP-lik kamera və böyük batareya həcmi ilə təchiz olunub. Beləliklə Redmi 10 smartfonu Full HD+ keyfiyyətli 6.5 düym ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.