Qəribə şəbəkə adı iPhone-dakı Wi-Fi modulunu sıradan çıxarda bilər
İPhone-nun sistem boşluqları siyahısına yeni bug əlavə olunub. Məlum olub ki, iOS yenilənməsinin özəllikləri səbəbilə müəyyən ada sahib Wi-Fi şbəkəsinə qoşulmaq öz növbəsində iPhone-nun naqilsiz modulunu sıradan çıxarda bilər. Nəticədə bu problem smartfonu internetdən məhrum edir. Xoş xəbər ondan ibarətdir ki, bu problemi aradan qaldırmaq elə də çətin deyil və nəticədə istifadəçi məlumatlarının itirilməsi halı yaşanmır. Məlumata əsasən %p%s%s%s%s%n simvollar kombinasiyasından ibarət ada sahib şəbəkəyə qoşulan zaman iPhone-da Wi-Fi modul deaktiv olur.