Bazar, 24 Avqust 2025

Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim edib. Sözügedən smartfon flaqman texniki özəlliklər ilə yanaşı həmçinin prosessorun soyudulması üçün nəzərdə tutulmuş 2 ədəd pər, oyunlarda rahat idarəetmə sistemi üçün 7 əlavə düymə və canlı yayımların rahat şəkildə keçirilməsi üçün kənar hissəyə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunub.

Ardını oxu...

Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib

Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində məlumat verib. Şirkət əsasən yeni istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını təqdim edib və həmin smartfonların MIUI 12.5-i nə zaman əldə edəcəklərini söyləyib. Xiaomi bildirib ki, bu ay yeni istifadəçi interfeysi əsasən Çin bazarındakı cihazlar üçün istifadəyə veriləcək.

  Görünür, MIUI 12.5-in qlobal versiyası may ayında istifadəçilərə təqdim ediləcək.

Ardını oxu...

Qatlana bilən Xiaomi Mi Mix Fold təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti sonunda öz ilk qatlana bilən smartfon modelini təqdim edib. Təqdim olunmuş smartfon Mi Mix Fold adlanır və adından da göründüyü kimi o, Mi Mix smartfon seriyasına daxil olub. Qatlana biən Mi Mix Fold smartfonu kompakt gövdədə böyük ölçülü ekran, güclü texniki özəlliklər, maye linzaya sahib innovasiyalı kamera və desktop rejimini əldə edib. Mi Mix Fold qatlana bilən smartfonlar arasında hamıya tanış olan dizaynda reallaşdırılıb. Qatlanmış formada smartfon 6.52 düym ekrana sahib olur və standart smartfonu xatırladır. Lakin tam açıq formada cihaz 8.01 düym ekrana sahib planşetə çevrilir. Mi Mix Fold-un həm daxili həm də xarici ekranı AMOLED texnologiyası əsasında hazırlanıb. Lakin buna baxmayaraq ekranlar bəzi özəlliklərə görə fərqlənirlər.

Ardını oxu...

Dünyada SSD daşıyıcısı ilə təchiz edilmiş ilk smartfon təqdim edilib

“Xiaomi” şirkəti “Black Shark 4” oyun smartfonları seriyasını təqdim edib. Bu haqda “GSM Arena” nəşri yazıb.

Qabaqcıl qurğuların əsas özəlliyi “UFS 3.1” və “SSD” hibrid daşıyıcısının tətbiqidir. Beləliklə, “Black Shark 4” cihazları mobil bazarda ilk dəfə adətən kompüter, oyun konsolları və başqa texnikalarda istifadə edilən sərtgövdəli daşıyıcılarla təchiz edilib. İstehsalçının məlumatına görə, bu adi fləş-yaddaşla müqayisədə məlumatların daşıyıcıdan oxunmasını 69% sürətləndirməyə imkan verir.

Ardını oxu...

Xiaomi Mi 11 Pro, Mi 11 Ultra, Mi 11 Lite smartfonları təqdim olunublar - QİYMƏTİ

 

Xiaomi şirkəti irimiqyaslı təqdimat tədbiri çərçivəsində yeni Mi 11 Pro, Mi 11 Ultra flaqman smartfonlarını və sadələşdirilmiş Mi 11 Lite smartfonunu təqdim edib. Təqdim olunmuş yeni smartfonlarda şirkət aparıcı kamera texnologiyalarını quraşdıraraq əsas diqqəti foto və video çəkiliş özəlliklərinə ayırıb. Smartfonlar həmçinin sürətli şarj texnologiyasını dəstəkləyirlər və şirkət tarixində ilk dəfə tam sudan qorunma özəlliyinə sahibdirlər. Mi 11 Pro hələ bir neçə müddət bundan öncə təqdim olunmuş adi Mi 11-in təkmilləşdirilmiş versiyasıdır. Smartfon kənarları əyilmiş və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.81 düym E4 AMOLED ekran ilə təchiz olunub. Mi 11 Pro modeli şirkətin Dolby Vision texnologiyasını dəstəkləyən ilk smartfon modelidir.

Bununla yanaşı smartfonun ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi və antibakterial örtük ilə əhatə olunub. 

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1741537
Bu gün
Bu həftə
Bu ay
Ümumi
319
7979
28837
1741537
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.