Bazar, 16 Yanvar 2022

Windows 10 torrent və kriptovalyuta mayninqi tətbiqlərini bloklamağa başlayıb

Bu ayın əvvəlində Microsoft özünün Defender antivirusunun çalışma siyasətinə dəyişikliklər əlavə etmişdi. Bundan sonra arzuolunmaz tətbiqlərin bloklanmasını təmin edən alqoritm sistem tərəfindən şübhəli bilinən tətbiqlərin yüklənməsinin və işə salınmasının qarşısını alacaq. Bu cür tətbiqlər siyahısına torrent və kriptovalyuta mayninqi tətbiqləri də daxil olublar. Arzuolunmaz tətbiqlərin bloklanması funksiyası hələ 2018-ci ildə təqdim olunmuşdu. Lakin həmin vaxtda istifadəçi onu PowerShell sistem aləti vasitəsilə fərdi şəkildə aktivləşdirməli idi.

Bir neçə müddət bundan öncə təqdim olunmuş yenilənmə sayəsində isə bu funksiya Windows Defender-də avtomatik olaraq aktivləşir. Bu funksiyanın vəziyyətini Windows-un təhlükəsizlik ayarlarında yoxlamaq mümkündür. Microsoft şirkətinin potensial təhlükəli tətbiqlər siyahısına daxil etdiyi tətbiqlər arasında P2P şəbəkələrdə fayl mübadiləsi üçün olan bəzi tətbiqlər, kriptovalyuta mayninqi ilə əlaqəli olan proqram təminatları, istifadəçinin zövq üstünlüklərini analiz edib onları yığmaqla məşğul olan reklam və marketinq tətbiqləri var.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

355304
Bu gün
Bu həftə
Bu ay
Ümumi
699
6887
14577
355304
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi