Cümə axşamı, 25 Aprel 2024

Xiaomi-dən yeni Mi Pad 5 planşet seriyası - QİYMƏTİ

Uzunmüddətli fasilədən sonra Xiaomi şirkəti Mi Pad planşet seriyasının yeni modellərini təqdim edib. Təqdim edilmiş yeni Mi Pad 5 seriyasına 3 planşet modeli daxil olub: Mi Pad 5Mi Pad 5 Pro və Mi Pad 5 Pro 5G. Mi Pad 5 və Mi Pad 5 Pro modelləri öz aralarında yalnız prosessor, batareya həcmi və arxa kamera sayı ilə fərqlənirlər. Digər bütün özəlliklər hər iki planşetdə eynidir. Planşetin 5G versiyası isə sadəcə olaraq 5G şəbəkə dəstəyi və kamera göstəriciləri ilə fərqlənir. Beləliklə planşetlər 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym IPS ekran ilə təchiz olunublar. Planşetlərin ekranları HDR10 və Dolby Vision texnologiyalarını dəstəkləyirlər. Mi Pad 5 Pro modeli həmçinin 8 ədəd səsgücləndiricidən ibarət olan akustika sisteminə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir.

Adi Mi Pad 5 modeli Snapdragon 860 prosessoru, Mi Pad 5 Pro isə Snapdragon 870 prosessoru ilə təchiz olunub. Planşetlər 6 GB RAM-a və 128/256 GB daxili yaddaşa sahibdirlər. Bununla yanaşı Mi Pad 5 modeli 33 vatt gücündə sürətli şarj texnologiyalı 8720 mAh, Mi Pad 5 Pro modeli isə 67 vatt gücündə sürətli şarj texnologiyalı 8600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

 Kameralara gəldikdə isə adi Mi Pad 5 modeli 13 MP-lik arxa kamera və 8 MP-lik ön kamera, Mi Pad 5 Pro modeli 13 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera, Mi Pad 5 Pro 5G modeli 50 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Planşetlərin imkanlarını stilus və klaviatura ilə genişləndirmək mümkündür. Planşetlər MIUI for Pad interfeysi vasitəsilə çalışacaqlar. Onların müxtəlif regionlar üzrə satış qiymətləri və satış tarixləri barəsində məlumat şirkət tərəfindən daha sonra veriləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065469
Bu gün
Bu həftə
Bu ay
Ümumi
646
3273
21295
1065469
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi