Windows 10-da Android tətbiqlərin işə salınması funksiyası reallaşdırılacaq
İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda Windows 10-da Android tətbiqlərin yüklənib işə salınması funksiyasını reallaşdıracaq. Bir neçə müddət bundan öncə Latte adlı layihə barəsində təfərrüatlar və istifadəçilərin Android tətbiqləri Windows 10-da işə salacaqları halda qarşılaşacaqları məhdudlaşdırıcılar məlum olmuşdu. Məlumata əsasən bu funksiya Linux tətbiqlərin çalışmaları zamanı istifadə olunan WSL sisteminin bazası əsasında qurulacaq. Bununla belə Android tətbiqlərin Windows-da işə salınmaları üçün tərtibatçılar ayrı platforma yaratmalı olacaqlar.