Son Dəqiqə: Xiaomi Mi Mix 4 təqdim olunub
Xiaomi Mi Mix 3-ün satışa çıxmasından 3 il sonra Xiaomi sonunda Mi Mix 4-ü təqdim edib. Bu, ekranın alt hisssinə inteqrasiya edilmiş ön kameralı ilk Xiaomi smartfonudur. Əvvəlki Mi Mix modellərində olduğu kimi yeni smartfonda da şirkət smartfonun dizaynına və flaqman texniki özəlliklərinə diqqət ayırıb. Beləliklə Mi Mix 4-ün gövdəsi keramik materialdan hazırlanıb. Ekran demək olar ön panelin bütün hissəsini əhatə edir və onun kənarları çox cüzi əyilmiş şəkildə reallaşdırılıb. Ekranın üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Belə ki, ön kamera ekranın alt hissəsinə yerləşdirilib.