Cümə axşamı, 25 Aprel 2024

Google yeni orta büdcəli Pixel 5a 5G smartfonunu təqdim edib

Google Pixel smartfon seriyasına Pixel 5a 5G adlı yeni orta büdcəli model daxil olub. Bu yeni smartfon özündə keçən ilki Pixel modellərinin dizaynını birləşdirib və bir sıra maraqlı özəlliyi əldə edib. Onların arasında sudan qorunan gövdə, Pixel seriyasında ən böyük batareya həcmi və istifadəçilərin konfidensial məlumatlarının qorunması üçün nəzərdə tutulmuş Titan M çipi var. Beləliklə Google Pixel 5a 5G smartfonu 2400x1080 piksel keyfiyyətində olan 6.34 düym OLED ekran əldə edib. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşdirilib.

 Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 765G prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12.2 MP (f/1.7 diafraqma) + 16 MP (f/2.2 diafraqma) ikili arxa kamera, 8 MP-lik (f/2.2 diafraqma) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4680 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, Pixel 5a 5G modeli IP67 standartı üzrə sudan qorunur və həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul ilə təchiz olunub. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Pixel 5a 5G 26 avqust tarixində satışa çıxacaq və 449$-a satılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064826
Bu gün
Bu həftə
Bu ay
Ümumi
3
2630
20652
1064826
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi