Çərşənbə, 24 Aprel 2024

Apple iPhone 13-ün təqdimat tarixini elan edib

Apple şirkəti növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Son zamanlarda olduğu kimi yeni təqdimat tədbiri də online formatda baş tutacaq. Beləliklə Apple şirkətinin növbəti təqdimat tədbiri 14 sentyabr tarixində baş tutacaq. Təbii ki, tədbirin əsas hissəsi məhz iPhone 13 smartfon seriyasına həsr ediləcək. Məlumata əsasən Apple 4 yeni iPhone modelini təqdim edəcək: iPhone 13 miniiPhone 13iPhone 13 Pro və iPhone 13 Pro Max. Yeni iPhone 13 modelləri keçən ilki iPhone 12 modellərindən çox da fərqlənməyəcəklər. Sadəcə olaraq yeni iPhone-lar daha güclü prosessor və bir qədər təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlar.

 iPhone 13-ün Pro modellərində həmçinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranların olacağı gözlənilir. Bununla yanaşı bütün iPhone 13 modellərinin ekranları üzərlərində olacaq çıxıntı hissəsinin ölçüsü bir qədər kiçiləcək. Son günlərdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti yeni iPhone 13 modellərində peyk şəbəkəsi funksiyasını reallaşdıracaq. Bunun nə dərəcədə doğru olub-olmadığı təqdimat zamanı bilinəcək. Heç istisna deyil ki, şirkət həmçinin Apple Watch 7 smart saatını da təqdim etsin. Yeni Apple Watch-un daha böyük ölçülü ekrana və yastı gövdə kənarlarına sahib olacağı gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064202
Bu gün
Bu həftə
Bu ay
Ümumi
36
2006
20028
1064202
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi