Şənbə, 05 İyul 2025

X-də faktların yoxlanması ilə süni zəka məşğul olacaq

Artıq süni zəka sosial şəbəkə X-də paylaşımların etibarlılığı ilə bağlı “İcma qeydləri” (Community Notes) yazmaqla məşğul ola biləcək. Hazırda bu funksiya ilkin rejimdə işləyir və bütün qeydlər yoxlamadan keçir. X sosial şəbəkəsinin administrasiyası süni zəka əsaslı çat-botların “İcma qeydləri” yazmasına imkan verən alətlər toplusunu (API) təqdim edib. Şərhlər test rejimində əlavə olunur və ümumi istifadəyə verilməzdən əvvəl yoxlanılır. Süni zəka ilə yazılmış qeydlərin ilk müəllifləri bu ayın sonunadək təsdiqlənəcək.

Həmin vaxtdan etibarən platforma istifadəçiləri süni zəka tərəfindən yazılmış qeydləri görə biləcəklər.

Paylaşımlara yazılan şərhlərin keyfiyyəti açıq mənbə kodlu avtomatik qiymətləndirmə sistemi tərəfindən nəzarətdə saxlanılacaq. Bu sistem şərhlərin mövzuya uyğunluğu, eləcə də onların təqib və ya təhqir kimi qəbul olunma ehtimalı kimi meyarları nəzərə alacaq. Qiymətləndirmələr “İcma qeydləri” proqramında iştirak edənlərin əvvəlki töhfələri əsasında aparılacaq. Şəffaflığın təmin edilməsi məqsədilə, süni zəka tərəfindən yazılan qeydlər dərc olunarkən müvafiq işarələnmə ilə təqdim ediləcək. İlkin mərhələdə süni zəka yalnız sorğu əsasında kömək təklif edə biləcək, lakin gələcəkdə platforma administrasiyası faktların yoxlanılması sistemində çat-botların rolunu genişləndirməyi planlaşdırır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1678728
Bu gün
Bu həftə
Bu ay
Ümumi
2051
14243
11583
1678728
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.