Son Dəqiqə: Apple iPhone 13 təqdim olundu - QİYMƏTİ
Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib. Yeni iPhone seriyasına 4 smartfon modeli daxil olub: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Gəlin ilk növbədə iPhone 13 və iPhone 13 mini modellərindən başlayaq. Sözügedən modellər xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar həmçinin əsas texniki özəlliklər baxımından da eynidirlər. Sadəcə olaraq onların ekran ölçüləri fərqlidir.