Cümə axşamı, 28 Mart 2024

Azərbaycanda "Teknofest" festivalının keçiriləcəyi TARİXİ AÇIQLANDI

Növbəti dünyanın ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bununla əlaqədar festival çərçivəsində "Texnoloji müsabiqələrə" qeydiyyat başlayıb. Müsabiqlərə həmçinin beynəlxalq iştirakçılara da açıq olacaq.

Hər bir müsabiqə üçün son müraciət tarixləri fərqlidir. Müsabiqələr üzrə ətraflı məlumatı www.teknofest.az saytından əldə etmək olar.

 "Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041637
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1228
3721
20681
1041637
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi