Şənbə, 31 May 2025

"WhatsApp"da daha bir YENİLİK

“WhatsApp” səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb.

Artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür.

Yeni söhbət və ya messengerin əsas ekranına keçdiyiniz zaman səsli mesaj playeri proqramın yuxarı hissəsində görünür.

Burada həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrdən istifadə etmək, eləcə də səsli mesajın müddət göstəricilərini izləmək olar.

 Yəni arxa fonda dinləmə funksiyası səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.

Hələlik yenilik “WhatsApp”ın Android üçün beta versiyasında işləyir. Lakin tezliklə iOS və Android smartfonların bütün istifadəçiləri üçün əlçatan olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1626241
Bu gün
Bu həftə
Bu ay
Ümumi
504
7684
42716
1626241
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.