Şənbə, 20 Aprel 2024

Qualcomm yaxın aylarda Snapdragon 8 Gen 1+ prosessorunu təqdim edə bilər

Ortaya çıxmış yeni məlumata əsasən Qualcomm şirkəti yaxın zamanda Snapdragon 8 Gen 1+ prosessorunu təqdim edəcək. Yeni prosessorun yaxın aylarda təqdim olunması gözlənilir. O, keçən ilin sonunda təqdim edilmiş Snapdragon 8 Gen 1-in davamçısı olacaq. Aktual olan Snapdragon 8 Gen 1-in təqdim olunmasından öncə məlum idi ki, sözügedən prosessorun iki versiyası mövcuddur. Onlardan birini Samsung şirkəti, digərini isə TSMC şirkəti istehsal edir. İndi isə məlum olub ki, Qualcomm şirkəti hal hazırda Snapdragon 8 Gen 1+ modeli üzərində çalışır. Onun istehsalı ilə yalnız TSMC şirkəti məşğul olacaq. Yeni prosessor da 4 nanometrlik texnoloji proses əsasında hazırlansa da o, Snapdragon 8 Gen 1-dən daha yüksək performans ilə enerji effektivliyi üzrə seçiləcək.

Gözləntilərə əsasən yeni prosessor ilk olaraq Xiaomi 12 Ultra və ya Xiaomi Mix 5 smartfonuna quraşdırılacaq. Snapdragon 8 Gen 1+ prosessorunun istehsalı barəsində rəsmi bir məlumat hələ olmadığına görə ortaya çıxmış bu məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1061901
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1002
4853
17727
1061901
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi