Bazar, 19 May 2024

Arm şirkəti öz fərdi prosessorlarını hazırlayacaq

Arm şirkəti prosessorlar bazarındakı mövqelərini genişləndirməyə hədəflənib. Qeyd etmək lazımdır ki, Arm kənar şirkətlərə prosessor nüvələrini təqdim edir. Həmin şirkətlər isə Arm-in nüvələri əsasında öz prosessorlarını hazırlayırlar. Lakin məlum olub ki, Arm də fərdi prosessorların istehsalı ilə məşğul olacaq. Şirkət öz prosessorlarını hazır məhsul kimi satacaq.

"Konkret istifadə halları üçün optimizasiya edilmiş prosessor həllərini təqdim etməklə biz, bütün sistemin səhvsiz çalışmasına və maksimal performansı təmin etməsinə zəmanət verə bilərik.

Eyni zamanda nüvələrin əvəzinə prosessorlar hazırlamaqla biz, bizim müştərilərimiz üçün ola biləcək risklərə investisiyaları kəskin şəkildə azaltmış oluruq. Üstəlik bu halda biz daha çox gəlir əldə edirik" - deyə Arm qeyd edib.

Şirkət özünün fərdi prosessor istehsalı mövzusunda ətraflı məlumat verməyib. Sadəcə güman etmək olar ki, şirkətin prosessorları geniş tətbiq sahəsinə sahib olacaqlar. Bəzi insayderlərin fikirlərinə əsasən Arm-in bu cür qərarı kənar istehsalçıları artıq nüvələr üçün deyil, hazır prosessorlar üçün lisenziyaların əldə edilməsinə məcbur edəcək. Bu isə öz növbəsində istehsalçılara daha baha başa gələcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1085582
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1
7067
15451
1085582
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi