Bazar ertəsi, 06 May 2024

Microsoft DALL-E 3-ü Bing-ə inteqrasiya edəcək

Microsoft şirkəti elan edib ki, o, Bing axtarış sisteminin süni zəka əsaslı çat-botuna yenicə istifadəyə verilmiş DALL-E 3 neyron şəbəkəsini inteqrasiya edəcək. Qeyd etmək lazımdır ki, DALL-E 3 mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DALL-E adlı neyron şəbəkəsinin yeni versiyasıdır. Yaxın zamanda ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus-a inteqrasiya ediləcək DALL-E 3 sistemi istifadəçilərin sorğularını daha yaxşı anlayır və DALL-E 2-dən fərqli olaraq fotoları daha dəqiq və detallı şəkildə tərtib edə bilir.

Microsoft-un DALL-E 3-ü Bing-ə nə zaman inteqrasiya edəcəyi bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073297
Bu gün
Bu həftə
Bu ay
Ümumi
215
751
3166
1073297
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi