Cümə axşamı, 02 May 2024

Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası istifadəyə verilməyə hazırdır

 Google şirkəti bu il Android 15-i istifadəyə verəcək. Lakin əməliyyat sisteminin stabil versiyasının istifadəyə verilməsindən öncə şirkət onun bir neçə ay ərzində testini aparmalıdır. İlk test isə tərtibatçılar tərəfindən reallaşdırılacaq. Bunun üçün şirkət hər yeni Android versiyasının tərtibatçılar üçün nəzərdə tutulmuş xüsusi versiyasını istifadəyə verir. Söhbət, Android Developer Preview-dan gedir. İndi isə Android 15 Developer Preview 1-in nə zaman istifadəyə veriləcəyi məlum olub. Məlumata əsasən Android 15 Developer Preview 1 artıq sabah istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, keçən il Android 14 Developer Preview 1 də eyni vaxtda istifadəyə verilmişdi. Ənənəyə sadiq qalaraq Android 15 Developer Preview 1-i ilk öncə Google Pixel smartfonlarının istifadəçiləri test edə biləcəklər. Vanilla Ice Cream kod adına sahib Android 15-in stabil versiyasının isə sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071099
Bu gün
Bu həftə
Bu ay
Ümumi
362
4077
968
1071099
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi