Cümə axşamı, 01 May 2025

Qurumlarda rəqəmsallaşmanın vəziyyəti və texnoloji hazırlığı ilə bağlı monitorinqlər keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadənin asanlaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Bununla bağlı Nazirlik muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarında monitorinqlər aparıb. Qurumların rəqəmsallaşdırılması və texnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıb və nəticədə bir sıra qurumlarda elektronlaşma istiqamətində xeyli tədbirlərin görülməsi zərurəti meydana çıxıb.

 Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planının icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1583567
Bu gün
Bu həftə
Bu ay
Ümumi
42
5803
42
1583567
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.