Cümə, 26 Aprel 2024

Youtube istifadəçiləri birgə canlı yayımlar keçirdə biləcəklər

Google şirkəti elan edib ki, yaxın zamanda Youtube daxilində istifadəçilər birgə canlı yayımlar keçirdə biləcəklər. İlkin mərhələdə birgə canlı yayımlar məhdud sayda istifadəçi arasında reallaşdırılacaq və istifadəçilər Youtube-un yalnız mobil versiyası vasitəsilə birgə canlı yayımlar keçirdə biləcəklər. Gələcəkdə isə bu funksiyanın istifadə imkanları daha da genişləndiriləcək. Birgə canlı yayım zamanı istifadəçilərdən biri aparıcı, digərləri isə qonaq qismində çıxış edəcəklər. Canlı yayımın işə salınması üsulunda heç bir dəyişiklik olmayacaq. Canlı yayımı tez bir zamanda işə salmaq və ya daha öncədən planlaşdırmaq olar. 

Ardını oxu...

Google daha bir servisininin fəaliyyətini dayandıracaq

    Google şirkəti müxtəlif servislərinin bağlanması ilə məşhurdur. Hələ bir neçə müddət bundan öncə şirkət özünün Stadia adlı cloud gaming servisini inkişaf etdirməkdən imtina etdi və onun bağlanacağını açıqladı. İndi isə şirkətin daha bir servisinin bağlanacağı məlum olub. Söhbət, Street View-dan gedir. Sözügedən servis şəhər küçələrini panoram şəkildə izləmək üçün nəzərdə tutulub. 9to5google saytının əməkdaşları Street View servisinin bağlanacağını tətbiqin 2.0.0.484371618 nömrəli yeni versiyasının kodunun analizi nəticəsində öyrəniblər.

Ardını oxu...

Meta audio faylı MP3-dən 10 dəfə daha güclü sıxan səs kodeki hazırlayıb

 Meta şirkəti EnCodec adlı yeni səs kodekini təqdim edib. Sözügedən yeni səs kodeki audio faylın keyfiyyətini itirmədən onu daha yüksək səviyyədə sıxmaq üçün machine learning texnologiyalarından istifadə edir. Beləliklə EnCodec MP3-dən fərqli olaraq audionu 10 dəfə daha güclü şəkildə sıxır və bu halda audionun keyfiyyəti aşağı düşmür. EnCodec səs kodeki həm səsin real zaman ərzində ötürülməsində (məsələn qeyri-stabil şəbəkə əlaqəsinin olduğu rayonlarda telefon zəngləri zamanı) həm də faylların kodlaşdırılmasında istifadə edilə bilər. Məlumatda qeyd edilib ki, audionun sıxılması üçün nəzərdə tutulmuş bu sistem 3 hissədən ibarətdir.

Ardını oxu...

Twitter-də tweet-lərin redaktə edilməsi funksiyası hamı üçün istifadəyə veriləcək

Twitter bu il tweet-lərin redaktə edilməsi funksiyasını anons etmişdi. Hər hansısa tweet-i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış tweet-i redaktə edə bilər. Lakin sözügedən funksiya Twitter Blue adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi Twitter istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.

Belə ki, Business Insider-in verdiyi məlumata əsasən tweet-lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq.

Ardını oxu...

Microsoft ucuz qiymətə bulud kompüterlərin satışlarını planlaşdırır

Görünür, Microsoft şirkəti kompüter satışlarının aşağı düşdüyü və professional şəxslərin öz fəaliyyətlərini bulud sistemlərə keçirtdikləri bir vaxtda Windows-dan olan gəlirləri qoruyub saxlamağın üsulunu tapıb. Belə ki, şirkət baha qiymətə satılmayan bulud kompüterlərini satışa çıxarda bilər. Onlar isə öz növbələrində abunəlik və reklam hesabına şirkətə gəlir gətirəcəklər. Microsoft-un bu cür yeni strategiyasının işə düşəcəyinə şirkət daxilində ortaya çıxmış vakansiyalar işarə edirlər. Sentyabr ayında Microsoft şirkəti Windows Incubation adlı yeni yaradılmış şöbəyə mühəndislər ilə digər mütəxəssislərin axtarışında idi. Sözügedən şöbənin əsas məqsədi bulud sistemlər və texnologiyalar sahəsində Windows-un yeni istiqamətini yaratmaqdır.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065670
Bu gün
Bu həftə
Bu ay
Ümumi
100
3474
21496
1065670
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi