Cümə, 19 Aprel 2024

Google Play-də alternativ ödəniş üsulları istifadəyə verilib

Adətən Google Play daxilində bütün alış-verişlərin ödənişi Google şirkətinin fərdi ödəniş sistemi üzərindən reallaşdırılır. Buna görə də tətbiq tərtibatçıları Google şirkətinə komissiya ödəməli olurlar. Yaxın zamanda isə bu vəziyyət dəyişəcək. Belə ki, şirkət Google Play-də alternativ ödəniş üsullarının testinə start verib. Start verilmiş testin ilk iştirakçıları Spotify və Bumble servisləri olublar.

Google şirkətinin ödəniş sistemi üzərindən ödəniş edən zaman komissiya 15%-dən 30%-ə kimi təşkil edir.

Ardını oxu...

Superkompüter insan sivilizasiyasının tənəzzülünün hansı ildə baş verəcəyini proqnozlaşdırıb

Sivilizasiyanın inkişaf variantlarını hesablayan World One adlı superkompüter insan sivilizasiyasının məhv olacağı ili təyin edib. Hesablamalar üçün nəzərdə tutulmuş sözügedən superkompüter hələ 1970-ci illərdə Roma klubu adlı beynəlxalq ictimai təşkilatın sifarişi ilə hazırlanıb. Sözügedən təşkilat özündə dünyanın siyasi, maliyyə, incəsənət və elm elitasını birləşdirir. Beləliklə World One superkompüterinin hesablamasına əsasən müasir sivilizasiyanın tənəzzülü 2050-ci ildə baş verəcək.

Ardını oxu...

Yeni MediaTek Dimensity 9200 flaqman prosessoru təqdim edilib

MediaTek şirkəti Dimensity 9200 adlı yeni flaqman prosessorunu təqdim edib. Təqdim edilmiş yeni prosessor Wi-Fi 7LPDDR5X standartlarının və hardware səviyyəsində ray tracing texnologiyasının dəstəklərini əldə edib. Dimensity 9000-dən fərqli olaraq isə yeni prosessor performans ilə enerji effektivliyi baxımından nəzərə çarpacaq göstəricilər sərgiləyir. Dimensity 9200 prosessoru bazarda ARMv9 Gen 2 arxitekturası əsasında hazırlanmış ilk mobil prosessordur. Sözügedən prosessor özündə 3.05 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 super nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı Cortex-A715 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir.

Ardını oxu...

Twitter istifadəçi hesablarını 3 növə ayıracaq

Twitter-də məhsullardan cavabdeh olan Esther Crawford bildirib ki, sosial şəbəkənin yeni təsdiqləmə sistemi (verification) istifadəçi hesablarını 3 növə ayıracaq. Beləliklə hesabların bir hissəsi boz rəngdə təsdiqləmə ikonuna sahib olacaq və onların adlarının qarşısında Official sözü əks olunacaq. Twitter Blue abunəliyindən istifadə edən hesablar göy rəngli təsdiqləmə ikonunu əldə edəcəklər. Yerdə qalan hesablar isə təsdiqlənməmiş şəkildə qalacaqlar. Bununla belə Twitter Blue istifadəçiləri öz hesabları üçün göy rəngli təsdiq ikonunun əldə edilməsi yolunda hər hansısa sənədi təqdim etməli olmayacaqlar.

Ardını oxu...

Wi-Fi 7 dəstəkli smartfonlar artıq bu ilin sonuna kimi satışa çıxacaqlar

Wi-Fi 7 standartı hələ təsdiqlənməsə də, onun dəstəyinə sahib smartfonlar artıq satışa çıxmağa hazırlaşırlar. Məlumata əsasən Wi-Fi 7 dəstəyinə sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar. Əsas səbəb isə bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessorudur. Hal hazırda kommunikasiya mövzusunda ən öndə olan cihazlar və şəbəkə təchizatları Wi-Fi 6 və Wi-Fi 6E standartlarının dəstəklərinə sahib olanlardır. Lakin bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessoru Wi-Fi 7 standartının dəstəyini özündə birləşdirir.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060857
Bu gün
Bu həftə
Bu ay
Ümumi
625
3809
16683
1060857
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi