Bazar ertəsi, 20 May 2024

MediaTek şirkəti Nokia ilə birlikdə 6G texnologiyasının hazırlanmasına start verib

Keçən ildən başlayaraq bütün dünya üzrə böyük şəhərlərdə 5G şəbəkəsi istifadəyə verilməyə başladı. Lakin bəzi şirkətlər artıq 6G texnologiyasının hazırlanmasına start veriblər. Məlum olub ki, MediaTek şirkəti də bu istiqamətdə işlərə start verib. MediaTek şirkəti 6 il ərzində öz diqqətini 5G texnologiyasına yönəltmişdi.

    Tayvanın Sinçju şəhərində olan baş ofisdəki tədqiqat mərkəzindən əlavə olaraq şirkətin həmçinin Finlandiyada da tədqiqat mərkəzi mövcuddur.

Bu tədqiqat mərkəzlərində 5G məhsullar və yeni nəsil naqilsiz texnologiyalar hazırlanır. Məlumata əsasən Finlandiya hökuməti elmi müəssisələr ilə birlikdə 6G-nin hazırlanmasına start veriblər və MediaTek də bu işdə əsas rollardan birini oynayan təmsilçilərdən biridir.

MediaTek-in əsas partnyorlarından biri də Nokia şirkətidir. MediaTek smartfonlar üçün 6G dəstəkli prosessorlar hazırlamaqla məşğuldursa, Nokia şirkəti 6G şəbəkəsi üçün telekommunikasiya təchizatı və yeni standartlar hazırlamaqla məşğuldur. Mütəxəssislərin fikirlərinə əsasən 6G şəbəkəsi 2030-cu ildə istifadəyə veriləcək və məlumatların saniyədə 1 TB sürətlə ötürülməsi imkanını yaradacaq. Samsung-un fikrincə isə 6G şəbəkəsi 2028-ci ildə istifadəyə veriləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086553
Bu gün
Bu həftə
Bu ay
Ümumi
502
972
16422
1086553
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi