Şənbə, 20 İyul 2024

Apple məhsullarında İntel dövrü bitir: Yeni MacBook A14X Bionic çipseti ilə gələ bilər

Apple şirkəti bir müddət əvvəl MacBook kompüterlərində artıq İntel prosessor yerinə ARM şirkətinin arxitekturasında hazırlanmış Apple Silicon prosessorlarını istifadə edəcəyini bildirmişdi. Apple Silicon prosessorunun hələ hazır olmamasına baxmayaraq şirkət indidən İntel-dən uzaqlaşmağa başlayır. İddialara görə Apple şirkəti bir neçə il əvvəl istehsal etdiyi 12 düyümlük MacBook noutbukları yeniləyərək təkrar istehsal etməyə hazırlanır

və prosessor olaraq isə ARM arxitekturalı Apple-a məxsus A14X Bionic çipseti istifadə ediləcək. 

 Apple məhsullarında İntel dövrü bitir: 12 düyümlük MacBook noutbuklarında Apple-a məxsus A14X Bionic çipseti istifadə edilə bilər.

      Twitter üzərindən Komiya adlı istifadəçinin verdiyi məlumatlara görə Apple 12 düyümlük MacBook modelini yeniləyərək təkrar istehsal etməyi planlayır və bu səfər prosessor olaraq İntel yox, öz istehsalı olan A14X Bionic çipsetini istifadə edə bilər. Qeyd edək ki, bu çipset yeni iPad modellərində də istifadə olunur və istifadəçilər performansdan bir xeyli razıdırlar.

        Komiya tərəfindən verilən digər məlumatlara görə yenilənmiş MacBook modeli 8 GB və 12 GB ram seçiminə malik olacaq. Həmçinin yaddaş olaraq 256 GB, 512 GB və 1 TB-lıq versiyaları olacaq. Cihazın ən spesifik özəlliyi isə batareya ömrünün 15-20 saat arasında olmasıdır. Intel prosessoru istifadə edən versiyalarda 8-10 saat arası batareya ömrünün olduğunu diqqətə alsaq A14X Bionic çipsetli yeni versiyalarda 15-20 saat batareya ömrünün olması çox mümkün bir hal kimi görünür. Qeyd edək ki, Apple-ın ikonik Butterfly klaviatura dizaynı da geri qayıdacaq.

12 düyümlük MacBook noutbukunun digər parametrləri belə olacaq (iddialara görə).

  • 12 düyümlük Retina Ekran 
  • 1 ədəd USB Type-C portu
  • 1 kq-dan daha az ağırlıq
  • Yenilənmiş 4.nəsil Butterfly klaviatura
  • Qiymət minimum 799 dollar.
  • 720p FaceTime HD kamera

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1159707
Bu gün
Bu həftə
Bu ay
Ümumi
114
9267
28099
1159707
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi