Galaxy Z Fold 2-nin daha premium versiyası: Qatlana bilən Galaxy W21 5G təqdim olunub
Samsung şirkətinin qatlana bilən smartfon modellərinin sayında artım olub. Belə ki, şirkət qatlana bilən Galaxy W21 5G smartfon modelini təqdim edib. Təqdim edilmiş yeni Galaxy W21 5G smartfonunun texniki özəllikləri bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy Z Fold 2 modelinin texniki göstəriciləri ilə eynidir. Lakin Galaxy Z Fold 2 ilə müqayisədə yeni smartfon bir sıra təkmilləşdirilmiş özəlliklər əldə edib. Beləliklə Galaxy W21 5G modeli 2048x1536 piksel keyfiyyətli 7.6 düym daxili Dynamic AMOLED ekrana sahibdir.