Şənbə, 04 May 2024

Windows 10-da Android tətbiqlərin işə salınması funksiyası reallaşdırılacaq

İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti yaxın zamanda Windows 10-da Android tətbiqlərin yüklənib işə salınması funksiyasını reallaşdıracaq. Bir neçə müddət bundan öncə Latte adlı layihə barəsində təfərrüatlar və istifadəçilərin Android tətbiqləri Windows 10-da işə salacaqları halda qarşılaşacaqları məhdudlaşdırıcılar məlum olmuşdu. Məlumata əsasən bu funksiya Linux tətbiqlərin çalışmaları zamanı istifadə olunan WSL sisteminin bazası əsasında qurulacaq. Bununla belə Android tətbiqlərin Windows-da işə salınmaları üçün tərtibatçılar ayrı platforma yaratmalı olacaqlar.

Həmin platforma mobil tətbiqləri Windows Store mağazasına yerləşdirmək imkanını verəcək.

İnsayderlərin fikirlərinə əsasən bu üsul ayarlarda tərtibatçı rejiminin aktivləşdirilməsindən sonra Android tətbiqlərin Windows 10-da işə salınması imkanını verəcək. Bununla belə məlumatda qeyd edilib ki, Project Latte layihəsi çərçivəsində Google tətbiqləri çalışmayacaqlar. Belə ki, onların istifadəsi yalnız Android və Chrome OS üçün lisenziyalaşdırılıb. Qeyd etmək lazımdır ki, daha öncədən Microsoft buna bənzər Astoria adlı layihəni işə salmışdı. Lakin bir müddətdən sonra layihə bağlanmışdı. Project Latte-nin nə zaman reallaşdırılacağı barəsində məlumat yoxdur. Lakin bir sıra məlumatlara əsasən Android tətbiqlərin Windows 10-da dəstəklənmələri ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində reallaşdırılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072034
Bu gün
Bu həftə
Bu ay
Ümumi
81
5012
1903
1072034
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi