Snapdragon 888-ə sahib ilk smartfon: Xiaomi Mi 11 təqdim olunub
Xiaomi şirkəti xüsusi tədbir çərçivəsində yeni flaqman smartfon olan Mi 11-i təqdim edib. Bu smartfon dünyada Snapdragon 888 prosessorunu əldə etmiş ilk smartfon olub. Bununla yanaşı Mi 11 həmçinin yüksək təsvir tezliyinə sahib ekran və keyfiyyətli stereo səsgücləndiricilər əldə edib. Smartfon 3200x1440 pksel keyfiyytli 6.81 düym AMOLED ekrana sahibdir. Ekranın kənarları əyilmiş dizaynda reallaşdırılıb. Bununla yanaşı smartfonun ekranı 120 Hzlik təsvir yenilənməsini dəstəkləyir və Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.
Ardını oxu...