Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib
İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun bençmark nəticələri artıq mövcuddur və həmin nəticələrə əsasən M1 prosessoru Nvidia ilə AMD şirkətlərinin bir sıra prosessorlarını geridə qoyur. İndi isə praktiki cəhətdən M1 və Intel prosessoruna sahib MacBook Pro modellərinin performanslarını müqayisəsinə baxılır. Müqayisə üçün M1 prosessoruna sahib yeni MacBook Pro və 4 nüvəli Intel Core i5 prosessoruna sahib 13 düym ekranlı MacBook Pro modeli seçilib.