Servisdə yaddaş həcmi limiti: Məşhur Google Photos servisinin pulsuz imkanı məhdudlaşdırılacaq
Google Photos servisində ödənişli funksiyaların ola biləcəkləri barəsində məlumat sızıntılarından sonra Google şikəti istifadəçilərin fotolarının bulud servisində saxlanması siyasətində dəyişiklik edib. Belə ki, yaxın gələcəkdə Android istifadəçiləri Google Photos servisindəki Gallery bölməsinin yaddaş həcminə nəzarət etməli olacaqlar. Əks halda onlar əlavə daxili yaddaş üçün ödəniş etməli olacaqlar. Google şirkətinin dəstək xidmətinin verdiyi məlumata əsasən 1 iyun 2021-ci il tarixindən başlayaraq bulud servislə sinxronlaşdırılan media kontentlər və Google servisləri vasitəsilə yaradılmış sənəd faylları Google Drive-da 15 GB-lıq limit çərçivəsində yerləşdiriləcəklər.