Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdim ediblər
İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign şirkəti internetdə qeydiyyatdan keçmiş domen adlarının aktual sayı üzrə hesabatı təqdim edib. Beləliklə təqdim edilmiş hesabat üzrə bu ilin üçüncü rübünün sonuna olan statistikaya əsasən internetdə yuxarı səviyyəli domenlərdə 370.7 milyon domen adı qeydiyyatdan keçib. Bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qeydiyyatdan keçmiş domen adlarının sayında 0.6 milyon artım olub.