Çərşənbə axşamı, 30 Noyabr 2021

5G dəstəkli büdcəli Nokia G50 smartfonu təqdim olunub - QİYMƏTİ

 

Nokia brendi G50 adlı 5G dəstəkli smartfon modelini təqdim edib. Bu smartfon Nokia brendinin 5G dəstəkli ən büdcəli modelidir. Nokia G50 modeli Qualcomm prosessoru, böyük IPS ekran və böyük həcmli batareya əldə edib. Beləliklə smartfon HD+ keyfiyyətli 6.82 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.

 Əsas texniki özəlliklərə gəldikdə isə Nokia G50 modeli Snapdragon 480 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 5 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (ToF obyektiv) üçlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Sözügedən smartfon Full HD keyfiyyətində videolar çəkmə özəlliyinə sahibdir. Bundan əlavə olaraq smartfon gecə çəkilişini və RAW fotoların çəkilişini dəstəkləyir. Nokia G50 modeli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət bildirib ki, sözügedən smartfon 2 il ərzində Android yenilənməsini və 3 il ərzində hər ay təhlükəsizlik yenilənməsini əldə edəcək. Smartfon 230 avro qiymətində satışa çıxacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

311377
Bu gün
Bu həftə
Bu ay
Ümumi
654
2269
26704
311377
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi