Cümə, 29 Mart 2024

Tiramisu kod adına sahib Android 13-ün test versiyasının ilk fotoları təqdim edilib

XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını təqdim ediblər. Hal hazırda aktual olan Android 12 ilə müqayisədə Android 13-ün test versiyasında 4 maraqlı yenilik aşkar edilib. Qeyd etmək lazımdır ki, Android 13-ün ortaya çıxmış test versiyası Tiramisu kod adına sahibdir. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Android 13-ün əsas yeniliklərindən biri hər bir tətbiq üçün müəyyən dil seçimi olacaq. Başqa sözlə desək, əməliyyat sisteminin interfeysi müəyyən dildə, istifadəçi tərəfindən seçilmiş tətbiq isə tamamilə fərqli dildə çalışacaq, Bundan əlavə olaraq bloklanmış ekranın təkmilləşdirilməsi də mümkün olacaq.

 Məsələn istifadəçi bloklanmış ekrandakı saatın ölçüsünü kiçildə biləcək. Bunun sayəsində bloklanmış ekrandakı əlavə yerdə digər vidjetləri yerləşdirmək mümkün olacaq. Android 13-də istifadəçi tərəfindən tətbiqlərə veriləcək icazələrin daha dəqiq şəkildə idarəsi imkanı reallaşdırılacaq. Android 13-də həmçinin Bluetooth LE Audio kodekinin genişləndirilmiş imkanlarının dəstəyi aşkar edilib. Sözügedən kodek sentaybr ayında təqdim edilmişdi. Qeyd etmək lazımdır ki, sözügedən kodek hətta aşağı enerji sərfiyyatı vəziyyətində də yüksək səslənmə keyfiyyətini təmin edir. Android 13-ün ilk test versiyalarının 2022-ci ilin birinci yarısında tərtibatçılara təqdim ediləcəyi gözlənilir. Əməliyyat sisteminin özü isə çox güman ki, gələn ilin may ayında Google I/O 2022 tədbirində təqdim ediləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041966
Bu gün
Bu həftə
Bu ay
Ümumi
329
4050
21010
1041966
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi