Elektromobilləri hibrid edən yeni mühərrik təqdim edilib!
Tam elektrikli avtomobillərə (BEV) keçid avtomobil dünyasında gözlənildiyindən daha çətin bir dövrə girsə də, Renault ,Geely və Aramco-nun arxasında olan Horse Powertrain bu transformasiyaya yeni çeviklik gətirəcək texnologiyasını təqdim edib. Beləliklə, Gələcək Hibrid Konsepsiya (FHC) adlanan bu yeni güc aqreqatı, mövcud platformalarda əsaslı dəyişikliklər tələb etmədən, elektromobilləri hibrid etməyə imkan verir.

Meta şirkəti CapCut-a bənzər video yaradıcı tətbiqi olan Edits-in istifadəyə verildiyini rəsmi şəkildə elan edib. Qlobal şəkildə təqdim olunmuiş Edits tətbiqi yaradıcıların video ideyalarını izləməsinə, yeni məzmun üçün ilham almasına, effektlər və süni zəka alətləri ilə videolar yaratmasına imkan verəcək. Tətbiq həm İOS, həm də Android platformalarında mövcuddur. Tətbiqin bütün funksiyaları ilkin mərhələdə tamamilə pulsuz olacaq. Lakin bu ayın əvvəlində Instagram rəhbəri Adam Mosseri bildirmişdi ki, Edits-in gələcək versiyalarında ödənişli funksiyalar da ola bilər.

Bu həftə WhatsApp messencerində böyük bir yeniləmənin yayımına start verilib. Bu yeniləmə istifadəçilərə tətbiqdən çıxmadan stiker dəstləri yaratmaq və idarə etmək üçün yeni bir imkan təqdim edir. Bu yanaşma, öz stiker dəstlərini yaradan istifadəçilər üçün xidmətlə qarşılıqlı əlaqə prosesini sadələşdirir. WhatsApp-da artıq istifadəçilərə öz stikerlərini yaratmaq və yadda saxlamaq imkanı təqdim olunmuşdu.