Cümə, 29 Mart 2024

Apple 6G texnologiyası üzərində işləyir

“Apple”ın 5G dəstəyinə sahib ilk telefonları olan iPhone 12 seriyası keçən payızda tanıdılıb. Şirkət növbəti addım üçün işə başladığı görünür. “Apple”ın iş elanı göstərir ki, şirkət mövcud və yeni nəsil şəbəkələrdə işləmək üçün simsiz sistem araşdırma mühəndisləri axtarır. Elanda bildirilir ki, işə qəbul olunan şəxslər “Apple”ın Silikon Vadisi və San Dieqodakı ofislərində çalışacaqlar. Şirkət bu ofislərdə simsiz texnologiya inkişafı və çip dizaynı üzərində işləyir.

İş elanında aşağıdakı ifadələr yer alır: "Apple-ın gələcək məhsullarına böyük təsir göstərəcək yeni nəsil simsiz texnologiyanın formalaşmasına töhfə vermək imkanınız olacaq.

 Bu rolda siz yenilikçi texnologiya tədqiqat qrupunun mərkəzində olacaqsınız və yeni nəsil texnologiyanın formalaşmasında rol alacaqsınız.”

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041700
Bu gün
Bu həftə
Bu ay
Ümumi
63
3784
20744
1041700
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi