Şənbə, 18 May 2024

Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub

Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiyasının testinə başlayıb. Sözügedən funksiya Microsoft-un insayder proqramının iştirakçıları üçün artıq aktivdir və heç bir əlavə əməliyyat reallaşdırmadan Linux istifadəçilərinə Windows-da ənənəvi proqram təminatlarından istifadə imkanını verir. WSL alt sisteminin yenilənməsi Linux üçün hazırlanmış istənilən qrafik redaktorları və alətləri işə salmağa şərait yaradır. Bundan əlavə olaraq Microsoft tərtibatçıları GPU-da hardware sürətlənməsi funksiyası ilə mikrofon dəstəyini reallaşdırıblar.

Texniki olaraq Windows istifadəçiləri bu cür imkandan əvvəllər də istifadə edə bilirdilər. Lakin əvvəllər bunun üçün fərdi şəkildə X serverinin işə salınması lazım gəlirdi. İndi isə bu proses avtomatik işə düşür. Tətbiqin və ya WSL distributivinin işinin bitməsindən sonra alt sistem avtomatik şəkildə deaktiv olur və adi rejimdə Windows-dan istifadə imkanını geri qaytarır. Bu yeni funksiyadan istifadə etmək üçün Windows 10 Insiders 21364 və ya daha yeni versiyanı quraşdırmaq və o cümlədən <<wsl --update>> konsol əmri vasitəsilə WSL alt sistemini yeniləmək lazımdır.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1085039
Bu gün
Bu həftə
Bu ay
Ümumi
398
6524
14908
1085039
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi