Cümə, 29 Mart 2024

Microsoft Defender artıq jailbreak edilmiş iPhone-ları təyin etməyi bacarır

Microsoft şirkəti jailbreak prosesindən keçmiş iOS cihazları təyin etmək imkanını özünün Defender antivirus sisteminə daxil edib. Qeyd etmək lazımdır ki, söhbət, Microsoft Defender for Endpoint-dən gedir. Bu isə Windows 10-dakı Defender antivirusunun korporativ versiyasıdır. Bundan sonra təşkilatlarda və ya şirkətlərdə çalışan təhlükəsizlik işçiləri jailbreak edilmiş iPhone və iPad cihazları barəsində bildirişi Defender vasitəsilə əldə edə biləcəklər. “Əgər jailbreak prosesindən keçmiş hər hansı bir cihaz aşkar edilərsə, Microsoft 365 Defender təhlükəsizlik komandası bu barədə bildiriş əldə edəcək.

Cihazın özü isə əlavə risk kimi qəbul ediləcək. Bu halda həmin cihazın korporativ resurslara daxil olma imkanını bloklamaq mümkün olacaq” - deyə Microsoft mütəxəssisləri qeyd ediblər. Bu cür cihazları təyin etmək qərarı çox məntiqlidir. Belə ki, jailbreak vasitəsilə istifadəçilər root imtiyazlara sahib olurlar. Başqa sözlə desək, Apple tərəfindən qəbul edilmiş məhdudlaşdırıcılar jailbreak sayəsində aradan qalxır. Bura əməliyyat sisteminin təkmilləşdirilməsi və hətta kənar resurslardan sistemə tətbiqlərin yazılması da daxildir. Qeyd etmək lazımdır ki, Apple bu cür prosesləri qadağan edir. Nəticədə istifadəçi öz cihazına potensial təhlükəli tətbiqləri yaza bilər. Lakin ən pis hal ondan ibarətdir ki, jailbreak prosesindən keçmiş cihaz rəsmi təhlükəsizlik yenilənmələrini əldə etmir. Bu cür cihazlar təşkilatlar və şirkətlər üçün əlavə təhlükə mənbəyinə çevrilirlər. Belə ki, onlar məlumat sızıntısına və korporativ şəbəkənin hack edilməsinə səbəb ola bilərlər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1042135
Bu gün
Bu həftə
Bu ay
Ümumi
498
4219
21179
1042135
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi