Çərşənbə axşamı, 14 Oktyabr 2025

iPhone 12 ilə iPhone 12 Pro-nun performans və enerji sərfiyyatı testləri keçirilib

 

iPhone 12 ilə iPhone 12 Pro-nu əldə etmiş ilk bloqqerlər və jurnalistlər həmin smartfonların performansları ilə avtonom rejimdə çalışmalarını test ediblər. Nəticədə smartfonlar Geekbench-in birnüvəli testində 6650 xal, çoxnüvəli testində isə təqribən 17000 xal toplayıblar. Maraqlısı ondadır ki, 4 GB RAM-a sahib adi iPhone 12 modeli 6 GB RAM-a sahib iPhone 12 Pro-dan bir qədər daha yaxşı performans nəticələri sərgiləyib.

Ardını oxu...

Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub

 

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Mate 40 Pro+ və Porsche Design Huawei Mate 40 RS modelləri daxil olublar. Gəlin adi Mate 40 modelindən başlayaq. Deməli xarici görünüşcə Mate 40 modeli Pro versiyaya bənzəyir. Lakin onların arasında bəzi fərqlər mövcuddur. İlk növbədə adi Mate 40 modeli 2376x1080 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub.

Ardını oxu...

iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq

Bu ayın ortasında təqdim olunmuş iPhone 12 seriyası Apple şirkətinin 5G dəstəkli ilk smartfon seriyası oldu. Apple şirkətinin verdiyi məlumata əsasən ideal şərtlər çərçivəsində iPhone 12 modellərində 5G şəbəkə vasitəsilə məlumat ötürülməsi saniyədə 4 Gbit-ə çata bilir. Lakin 5G dəstəyi yalnız bir sıra şərtlər çərçivəsində istifadəçilər üçün aktiv olacaq.  Satıcılar və mobil operatorlar üçün Apple şirkəti tez-tez verilən suallara cavab siyahısını təqdim edib.

Ardını oxu...

WhatsApp-ın veb versiyasında zəng funksiyası aktivləşdirilir

WhatsApp-ın veb versiyasında audio və videozənglər yerinə yetirmək funksiyası işə salınacaq. Bu funksiya beta-sınaq mərhələsini keçsə də, hələlik istifadəçilər üçün əlçatan deyil. 

 Qeyd olunur ki, messengerdən zəng zamanı kompüterin ekranında üzən pəncərə peyda olacaq. Həmin pəncərədə zəngə cavab vermək və ya imtina etmək düymələri yer alacaq.

Bundan başqa, WhatsApp-ın veb versiyası üçün qrup zəng funksiyasının işə salınması üzrə hazırlıqlar gedir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1824748
Bu gün
Bu həftə
Bu ay
Ümumi
463
3698
23141
1824748
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.