Şənbə, 21 İyun 2025

Microsoft şirkəti Windows-un ən məşhur funksiyalarından birinin imkanlarını genişləndirəcək

 

Ctrl+V və Ctrl+C düymələrinin kombinasiyası Windows istifadəçilərinə çoxdan məlumdur. Ənənəvi funksiyanı yerinə yetirən bu mexanizm uzun illərdir heç dəyişməyib. Lakin Windows 10-un istifadəyə verilməsi ilə kompüter sahibləri bu alətlərlə qarşılıqlı əlaqə üzrə genişləndirilmiş imkanlar əldə ediblər. Yaxın zamanda isə Microsoft şirkəti sözügedən düymələrin kombinasiyaları nəticəsində işə düşən ənənəvi funksiyanın imkanlarını genişləndirəcək.

Ardını oxu...

“Facebook” distant iş rejimini 2021-ci ilin iyuluna kimi uzadıb

 

 “Facebook” şirkəti “COVID-19” pandemiyasına görə öz əməkdaşlarına 2021-ci ilin iyuluna kimi evdən işləməyə icazə verib.

 “Biz mütəxəssislərin səhiyyə sahəsindəki təlimatlarına əsaslanaraq və şirkətdaxili məsləhətləşmələrdən sonra əməkdaşlarımıza 2021-ci ilin iyuluna kimi evdən işləməyə icazə vermək qərarını qəbul etdik” – “Facebook”un nümayəndəsi Neki Norvil deyib.

Bundan başqa, şirkət evdən işləmək üçün lazımi avadanlıqların satınalmasına 1000 dollar ayırmaq niyyətindədir.

 

Araşdırma: istifadəçilər “Windows 7″dən imtina etməyə tələsmirlər

“Microsoft” şirkəti 2020-ci ilin əvvəlində “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması haqqında rəsmi açıqlama vermişdi. ABŞ şirkəti sözügedən sistemin texniki dəstəyini dayandırsa da, statistikaya əsasən, istifadəçilər masaüstü ƏS-nin aktual versiyasına keçməyə tələsmirlər.

“NetMarketShare” analitik resursunun məlumatına görə, “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüter və noutbukların bazar payı son dərəcə cüzi templə azalır. İlin əvvəlində əməliyyat sistemi qurğuların 25,56%-nə quraşdırılmışdısa, indi bu göstərici 23,34% təşkil edir.

Ardını oxu...

“Android” sistemində vacib faylların yeni mühafizə üsulu hazırlanıb

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda informasiyanın mühafizə edilməsi imkanlarını genişləndirib. İndi “Google Files”da “təhlükəsiz qovluq” adlı xüsusi funksiya istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.Yeni seçim vacib sənəd, təsvir və videoların saxlanıldığı qovluğa dördrəqəmli PİN kod quraşdırmağa imkan verir. İstifadəçi proqrama daxil olduqda hər dəfə kodu daxil etməlidir.

Hələ ki “təhlükəsiz qovluq” funksiyası “Google Files”in beta-versiyasında dəstəklənir. Sözügedən funksiya yaxın həftələrdə əksər istifadəçilər üçün əlçatan olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653187
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1025
9760
26463
1653187
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.