Cümə, 19 Aprel 2024

Məşhur analitik iPhone 13 ilə bağlı proqnozlar verib

 

Apple şirkəti hələ keçən ay iPhone 12 smartfon seriyasını təqdim etmişdi. Lakin artıq internetdə iPhone 13 seriyası barəsində məlumatlar gəzməyə başlayıb. Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacaq iPhone 13 barəsində proqnozlar verib. Analitikin sözlərinə əsasən iPhone 13 seriyasına da 4 ədəd smartfon daxil olacaq. Bu il təqdim olunmuş iPhone 12 modellərinin adlarını nəzərə alsaq, çox güman ki, gələn ilki iPhone 13 modellərinin adları bu ilkilər ilə eyni olacaq.

 Yəni gələn ilki smartfonlar iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max adlandırılmalıdırlar. Dizayn baxımından smartfonlarda heç bir dəyişiklik olmayacaq və onlar bu ilki iPhone 12 modellərinə bənzəyəcəklər. Lakin şirkət smartfonların kameralarını təkmilləşdirəcək. Belə ki, Ming-Chi Kuo-nun proqnozlarına əsasən iPhone 13 seriyasına daxil olacaq smartfonların Pro modelləri f/1.8 diafraqmalı ultragenişbucaqlı kamera və avtomatik fokuslanma sistemi ilə təchiz olunacaqlar.   Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 12 seriyasının aktual modelləri f/2.4 diafraqmalı ultragenişbucaqlı kamera və fiks olunmuş fokuslanma sistemi ilə təchiz olunublar. Çox güman ki, iPhone 13 modelləri üçün bu cür kamera sensorlarını Largan Precision şirkəti istehsal edəcək. Bundan əlavə olaraq gələn ilki iPhone 13 modellərində 120 Hz tezlikli təsvir yenilənməsinə sahib ekranların və tamamilə yeni növ 5G modemin reallaşdırılması gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060547
Bu gün
Bu həftə
Bu ay
Ümumi
315
3499
16373
1060547
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi