Şənbə, 27 Aprel 2024

Xiaomi, 80W sürətli simsiz şarj üzərində işləyir

Çinin texnologiya nəhəngi Xiaomi, "ən sürətli şarj" yarışında öz məharətini göstərdi. Rəsmi məlumata görə bu yeni 80W simsiz sistemidir. 80W simsiz şarj ilə 4.000mAh batareyanı səkkiz dəqiqədə 50 faizə qədər, 19 dəqiqədə 100 faiz ilə doldura biləcəyini iddia edən şirkət bunun videosunu da yaydı.
Xiaomi onsuz da bazarda ən sürətli simsiz şarjı bacaran telefonu istehsal edir:
Mi 10 Ultra , 4500mAh batareyasını 40 dəqiqə ərzində tam doldura bilən 50W simsiz texnologiyaya malikdir.

Oppo bu yaxınlarda 4.000mAh batareyanı 30 dəqiqə ərzində doldura biləcəyi deyilən 65Wlıq sistemini tanıtdı, lakin bu texnologiya hələ heç bir kommersiya cihazına görünməyib .

Qərbdə ən geniş yayılmış və ən sürətli hesab edilən telefon, 30W simsiz şarj cihazına sahib olan OnePlus 8 Pro'dur . Onu da nəzərə çatdıraq ki, Apple'ın iPhone 12 üçün yeni MagSafe şarj cihazları 15W-a qədər şarj olur.

Xiaomi, 80W simsiz şarjlı bir telefonun əslində nə zaman satışa çıxacağını açıqlamadı, ancaq çox gec təqdim olunacağı gözlənilir. Şirkət son bir neçə ildə davamlı olaraq daha da yüksək simsiz güc xüsusiyyətlərinə malik telefonlar buraxdı; Mi 10 Ultra yalnız bir neçə ay əvvəl satışa çıxdı.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1066280
Bu gün
Bu həftə
Bu ay
Ümumi
42
4084
22106
1066280
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi