Cümə axşamı, 25 Aprel 2024

2021-ci ildən köhnə Android versiyalı smartfonlarda bir çox saytları yükləmək mümkün olmayacaq

 

Smartfon istehsalçılarının öz cihazlarını yeni Android versiyalarına keçirtmələrində olan aktivliyə baxmayaraq bir çox modellər hələ də köhnə Android versiyaları vasitəsilə çalışırlar. Yeni Android versiyalarının olmadıqları cihazlardan istifadə edən istifadəçilər yaxın zamanda ciddi problemlə qarşılaşa bilərlər. Belə ki, gələn ilin əvvəlindən başlayaraq bu cür cihazlarda bir sıra saytlara daxil olmaq mümkün olmayacaq. 

  Dünyanın aparıcı sertifikatlaşdırma mərkəzlərindən olan Let’s Encrypt 2021-ci ilin yanvar ayından başlayaraq özünün SSL sertifikatlaşdırmasına keçid edəcək. Qeyd etmək lazımdır ki, qlobal şəbəkənin bütün domenlərinin 30%-i məhz bu sertifikatlaşdırma mərkəzinin xidmətlərindən istifadə edir. Daha əvvəl ISRG Root X1 sertifikatı IdenTrust DST Root CAA X3 sertifikatı ilə birləşdirilmişdi. Bu sertifikat isə bir çox əməliyyat sisteminin dəstəyinə sahibdir. 

Lakin bu razılaşmanın müddətinin bitməsi ilə köhnəlmiş brauzerlər və əməliyyat sistemləri Let’s Encrypt sertifikatlarından istifadə edən saytlarla çalışmayacaqlar. Praktik cəhətdən bu o deməkdir ki, Android 7.1.0 və daha köhnə Android versiyalara sahib olan cihazlar ISRG Root X1 sertifikatına sahib saytları yükləyə bilməyəcəklər. Statistikaya əsasən bu problem bazarda olan smartfonların 33.8%-ni əhatə edəcək. Yeni smartfon modelinin alınmasına alternativ olaraq köhnə cihaz istifadəçisi Mozilla Firefox brauzerindən istifadə edə bilər. Belə ki, bu brauzer özündə köklü sertifikatları saxlaya bilir. 

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065561
Bu gün
Bu həftə
Bu ay
Ümumi
738
3365
21387
1065561
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi