Çərşənbə axşamı, 23 Aprel 2024

Servisdə yaddaş həcmi limiti: Məşhur Google Photos servisinin pulsuz imkanı məhdudlaşdırılacaq

Google Photos servisində ödənişli funksiyaların ola biləcəkləri barəsində məlumat sızıntılarından sonra Google şikəti istifadəçilərin fotolarının bulud servisində saxlanması siyasətində dəyişiklik edib. Belə ki, yaxın gələcəkdə Android istifadəçiləri Google Photos servisindəki Gallery bölməsinin yaddaş həcminə nəzarət etməli olacaqlar. Əks halda onlar əlavə daxili yaddaş üçün ödəniş etməli olacaqlar. Google şirkətinin dəstək xidmətinin verdiyi məlumata əsasən 1 iyun 2021-ci il tarixindən başlayaraq bulud servislə sinxronlaşdırılan media kontentlər və Google servisləri vasitəsilə yaradılmış sənəd faylları Google Drive-da 15 GB-lıq limit çərçivəsində yerləşdiriləcəklər.

 Qeyd etmək lazımdır ki, bu, Google istifadəçiləri üçün bulud servisinin təqdim etdiyi pulsuz yaddaş həcmidir. Bu yeni qayda qeyd edilmiş tarixə kimi yüklənmiş yüksək keyfiyyətli fayllara şamil olunmayacaq. Yaddaş həcmini genişləndirmək üçün istifadəçilərə Google One tarif planı təqdim olunacaq. Beləliklə şirkət serverində Google Drive üçün 100 GB-lıq yaddaş həcminin aylıq abunə haqqı 1.99$, 200 GB-lıq yaddaş həcminin aylıq abunə haqqı 2.99$, 2 TB yaddaş həcminin aylıq abunə haqqı isə 9.99$ təşkil edəcək.

    Bu məsələdə Google Pixel smartfonları istisna olacaqlar. Belə ki, Google Pixel istifadəçiləri üçün bulud servisdə faylların saxlanması üzrə heç bir məhdudlaşdırma nəzərdə tutulmayıb. Servisdə faylların saxlanması siyasətindəki dəyişiklik saxlanılan faylların həcmlərinin artması ilə bağlıdır. Bununla belə Google bildirib ki, o, Apple iCloud ilə müqayisədə pulsuz şəkildə 3 dəfə daha çox yaddaş həcmi təklif edir. Məlumatda qeyd edilib ki, hal hazırda Google Photos servisində 4 trilyondan çox foto var və hər həftə servisə 28 milyard yeni foto və video yüklənir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1063989
Bu gün
Bu həftə
Bu ay
Ümumi
409
1793
19815
1063989
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi