Cümə axşamı, 28 Mart 2024

“Samsung” 108 mp-lik yeni fotosensor təqdim edib

 Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkəti smartfon kameraları üçün yeni “ISOCELL” sensorlarını təqdim edib. 

Növbəti nəsil fotosensorların ölçüsü əvvəlkilərlə müqayisədə 15% kiçikdir. Bu, müasir smartfonlarda irəli çıxan fotomodulun ölçülərini kiçiltməyə imkan verəcək.

“ISOCELL JD1” adlı kiçik model ön modullarda istifadə üçün nəzərdə tutulub.

48 mp-lik “ISOCELL GM5” fotosensor telefoto və ya genişbucaqlı linzalarla işləmək üçün nəzərdə tutulub. 64 mp-lik “ISOCELL GW3” modeli smartfonlarda istifadə ediləcək və saniyədə 60 kadr sürətlə 4K formatında video çəkmək xüsusiyyətinə malikdir. Nəhayət, 108 mp-lik qabaqcıl “ISOCELL HM2” sensoru 9 pikseli 1 pikseldə birləşdirmək texnologiyası üzrə işləyir və şəklin keyfiyyətini itirmədən onu 3 dəfə böyüdə bilər.

Yeni kameralarla təchiz edilmiş smartfonlar artıq yaxın aylarda əlçatan olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041379
Bu gün
Bu həftə
Bu ay
Ümumi
970
3463
20423
1041379
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi