Şənbə, 21 İyun 2025

Meta fiziki qanunları başa düşən süni zəka sistemi hazırlayıb

Meta şirkəti robotlar və avtonom nəqliyyat vasitələrinin fiziki dünyanı daha yaxşı qavramasını təmin etmək məqsədilə yeni süni zəka modeli olan V-JEPA 2-nin istifadəyə verildiyini elan edib. Bu model üçölçülü məkanı analiz edə və obyektlərin davranışını böyük həcmdə məlumat tələb etmədən proqnozlaşdıra bilir. Məsələn, V-JEPA 2 masadan diyirlənən bir topun yerə düşəcəyini və ya baxış bucağından çıxmış bir obyektin yox olmadığını, sadəcə görünmədiyini müəyyən edə bilər.

Bu, modelə reallıq haqqında daxili təsəvvür formalaşdırmağa və qərarlarını fiziki qanunları nəzərə alaraq verməyə imkan yaradır.Bu inkişaf, sadəcə məlumatı emal etməklə kifayətlənməyən, həm də öz fəaliyyətini planlaşdıra bilən sistemlərin yaradılmasına doğru bir addım kimi təqdim olunur. Meta şirkətinin süni zəka üzrə baş elmi rəhbəri Yann LeCun bildirib ki, fiziki dünyanı anlamaq, təbii dili emal etməkdən prinsipcə fərqli yanaşma tələb edir. “Robotlara fiziki dünyanı anlamağa imkan vermək, onlara insan nitqini başa salmaqla eyni şey deyil” - deyə LeCun vurğulayıb.

 O, əlavə edib ki, bu model reallığın abstrakt rəqəmsal əkizinə bənzəyir və süni zıkanın öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmasına kömək edir. Texnologiya robotlarla çatdırılma xidmətlərində və ətraf mühiti ani şəkildə təhlil etməli olan pilotsuz avtomobillərdə tətbiq oluna bilər. CNBC-nin məlumatına görə, Meta-nın süni zəka strategiyasını inkişaf etdirmək və OpenAI, Microsoft və Google ilə rəqabət aparmaq məqsədilə şirkətin rəhbəri Mark Zuckerberg, baş direktoru və təsisçisi Alexandr Wang olan Scale AI şirkətinə 15 milyard dollar investisiya yatırmağı da planlaşdırır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653038
Bu gün
Bu həftə
Bu ay
Ümumi
876
9611
26314
1653038
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.